Əsas məqsədi İnternet-QHT-Media arasındakı əlaqələri daha da gücləndirmək, təcrübə mübadiləsi yaratmaq və yeni əlaqələr yaratmaq olan qeyri-konfrans KörpüKampın ikinci günü də birinci gün kimi bir çox təqdimatların fonunda olduqca maraqlı və faydalı keçdi. Tədbirin ikinci günü təqdimatlar üçün ayrılan vaxt daha çox olduğundan 2-ci gün iştirakçılar bir çox təqdimatlarda iştirak edə və təcrübə mübadiləsi apara bildilər. Təqdimatlarda bir çox mövzulara toxunulsa da yenə də əsasasən yeni mediya və ondan istifadə haqqında olan təqdimatlar daha çox idi.
İki gün olaraq nəzərdə tutulan KörpüKamp qeyri-konfransı mayın 17-də başa çatdı.
Körpükampın ilk günü, 120-dən artıq insanın iştirakı ilə keçirildi. Konfransın iştirakçılarının əsas auditoriyası, İnternet, Media və QHT nümayəndələri idi. 16 may saat 15.00`da rəsmi açılışdan sonra Körpükampda təqdimatlar silsiləsi başlandı. Bir çox aktual mövzuları əhatə edən 10-dan çox təqdimat edildi. Təqdimatlarda yeni medianın ənənəvi mediadan üstünlükləri barədə fikirlər səsləndi, yeni mediadan səmərəli istifadə üsulları haqqında məlumat verildi. Azərbaycan internet məkanında yeni medianın rolu və inkişafının təmin edilməsi haqqında müzakirələr aparıldı. Yeni internet texnologiyaları, onların Azərbaycan internetində tədbiqi, Qeyri hökümət təşkilatlarının yeni mediadan istifadə barədə iştirakçılara məlumat verildi.
Təbirdə səslənmiş bəzi təqdimatların siyahısı:
İnternetdə qazanc.Mif yoxsa reallıq - Toğrul Məmmədov, Webmanat;
Milli Məclis.Websayt və gələcəyi – Samir Yəhyazadə, azeroo.com;
Yeni media, ənənəvi mediaya qarşı, kim 1-ci öləcək – Emin Hüseynzadə, Transitions online;
Saat 14.00-dan 15.00`a qədər yeni üzvlərin qeydiyyatı olacaq, 15.00-da isə tədbir rəsmi olaraq açıq elan olunacaq. İştirakçılardan gecikməmələri xahiş olunur. Eyni zamanda tədbirlə maraqlanan hər kəsə bu haqda məlumat verə və özünüzlə tədbirə gətirə bilərsiniz.
QEYD: Nəzərinizə çatdıraq ki, Otelin ünvanını tanımayanlar saat 14.00-da, Atatürk prospektində “Köhnə Samsung” adı ilə tanınan mağazanın önündə qarşılanacaqlar.
Bildiyiniz kimi, KörpüKamp qeyri-Konfransının əsas hissəsi təqdimatlardan ibarətdir və hər bir iştirakçı təqdimatla çıxış edə bilər. Bunun üçün kimdənsə icazə almağa ehtiyac yoxdur! İNTERNET, QHT və MEDİA sahələrinə aid olan istənilən çıxışı səsləndirmək olar:
* Çıxış etmək istəyənlər adını vaxt cədvəlində özü qeyd etməlidir. (cədvəl burada: http://url.az/korpucedvel )
* Təqdimatlar 3-4 paralel zalda gedəcək.
* Təqdimatların müddəti: 30 dəqiqə (təqribən 20 dəqiqə çıxış və 10 dəqiqə sual-cavab)
Təqdimat etmək sizə nə verəcək?
Təqdimatlar vasitəsi ilə öz təcrübənizi, fəaliyyətinizi və ya müəyyən araşdırmalarınızı bölüşərək müəyyən layihənizi və ya təşkilatınızı tanıda bilərsiniz. Bununla da siz:
* Öz layihələrinizi və imkanlarınızı nümayiş etdirəcəksiniz.
* Təcrübənizi bölüşməklə yanaşı digər təcrübələr, məsləhətlər qazana bilərsiniz
* Tərəfdaşlar və həmfikirlər tapa bilərsiniz.
Bundan əlavə, ən yaxşı təqdimatçılardan 2 nəfər sentyabr ayında Bratislavada keçiriləcək MediaCamp-a getmək şansı əldə edə bilər!
Hansı mövzulu təqdimatlar etmək olmaz?
• Reklam və ya kommersiya xarakterli
• Media, QHT və İnternet çərçivəsindən kənara çıxan mövzular, o cümlədən dini, siyasi və s. təbliğata yönəlmiş təqdimatlar.
Yeri gəlmişkən, konfransımızda maraqlı ola biləcək hamını məlumatlandırın! Unutmayın ki, 3 gündən sonra görüşürük!!!
Hörmətli iştirakçılar, nəzərinizə çatdırırıq ki 16-17 may tarixlərində keçiriləcək Körpükamp tədbiri C.Hacıbəyli küç. 123 ünvanında yerləşən GEF otelində baş tutacaq.
Əgər siz tədbirdə təqdimatla çıxış etmək istəyirsinizsə elektron cədvəldə öz təqdimatınızı və adınızı qeyd edə bilərsiniz. Elektron cədvəlinin ünvanı isə belədir: http://url.az/korpucedvel
Ətralı məlumat üçün Əlaqə bölməsi vasitəsilə bizə müraciət edə bilərsiniz.
Bu gün Bakıda, Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisə hamımızı sarsıtmışdır.
Bu kədərli hadisədən təsirlənərək, həmçinin ADU-da 3 gün müddətinə bütün ictimai-sosial tədbirlərin təxirə salınması səbəbindən, KörpüKamp qeyri-konfransı ilə əlaqəli bütün təbirlər müvəqqəti olaraq təxirə salınır. Tədbirin vaxtı ilə əlaqədar tezliklə saytımızda məlumat yerləşdiriləcək və qeydiyyatdan keçmiş iştirakçıların elektron poçt ünvanlarına məlumat göndəriləcək. Bir daha bildirmək istəyirik ki, qeydiyyat davam edir.
Hadisə zamanı həlak olanların ailələrinə dərin hüzünlə baş sağlığı diləyirik.
KörpüKamp vasitəsilə qurduğumuz əlaqələri daha səmimi mühitdə möhkəmləndirmək üçün tədbirin istirahət hissəsi nəzərdə tutulub.
Beləliklə, ilk günün yorğunluğunu üzərinizdən atmaq üçün təşkil olunmuş “KörpüKamp party” mayın 2-də saat 19.30-da olacaq. Party`ə giriş konfrans iştirakçıları üçün pulsuzdur.
Konfransda iştirak etməyən ancaq party`ə qoşulmaq istəyənlər isə sadəcə olaraq 5 manat ödəməklə party`ə gələ bilərlər.
Tədbirin ikinci günü mayın 3-də, Körpükamp sona çatdıqdan sonra konfrans iştirakçıları arasında “Bouling çempionatı” keçiriləcəkdir. Konfrans iştirakçıları sadəcə olaraq yarı qiymətini ödəməklə iştirak edə bilərlər.
Biz təşkilatı işlərimizi müzakirə etmək və Körpükampın iştirakçıları ilə ünsiyyət üçün hər gün ofisimizdə “Minikörpü” adlı tədbirlər həyata keçiririk! Minikörpülərdə:
Hamı təşkilatı işlərə qoşulmaq olar!
KörpüKampla əlaqəli suallarına cavab tapmaq olar!
Əməkdaşlıq və digər təkliflər irəli sürmək mümkündür!
Təqdimat mövzularını müzakirə şansınız var!
Və təqdimatını hazırlayanlar onu ilkin – “demo” nümayiş etdirə bilər!
Vaxtlar:
Aprelin 25-də, saat 15.00-dan 17.00-dək
Aprelin 27-dən mayın 1-dək, saat 17.00-dan 19.00-a qədər
Aprelin 16-da, Müasir İncəsənət Qalereyasında “Körpükamp” qeyri-konfransının təqdimatı keçirildi. Təqdimat keçmiş “Barcamp” konfransına həsr olunmuş kiçik sənədli filmin nümayişi ilə başladı. 40 nəfərdən çox Media, QHT və İnternet nümayəndələri toplaşdığı təqdimatd “Körpükamp”ın layihə rəhbəri İlqar Mirzə konfransın əhəmiyyətindən bəhs edən təqdimatla çıxış etdi. Həmçinin burada konfransın adı çəkilən sahələr arasında körpü yaradacağından və bu sahə nümayəndələrinin müştərək layihələrlə iş birliyindən də bəhs olundu. Tədbirdə bir sıra təşkilatların nümayəndələri öz təkliflərini irəli sürdülər, konfrans mövzularında müzakirələr aparıldı.
Sonda isə iştirakçılara mart ayının 27-29-u Bakıda keçirilmiş “Barcamp Caspian”a həsr olunmuş film də təqdim olundu.
Qeyd etmək istərdik ki, ADU-nun nəzdində olan İnformasiya Resurs Kompleksində, may ayının 2-3-də keçiriləcək “Körpükamp” qeyri-konfransında iştirak pulsuzdur və hər kəs üçün açıqdır.
Azərbaycanda keçirilmiş növbəti Barcamp tədbiri cari ilin mart ayında Bakıda keçirildi. “Barcamp Caspian 09″ ölkəmizdə keçirilən İT və internet sahəsinə aid ilk beynəlxalq tədbir idi.
Tədbirə qoşulmuş 400-dən çox olan və əsasən gənclərin üstünlük təşkil etdiyi bu konfransın iştirakçıları arasında Google axtarış sisteminin, Sevenload Almaniyanın video paylaşım saytının, Opera sofware kimi nəhəng layihələrin nüməyəndələri də var idi. Barcamp Caspian `09 qeyri konfransina 18- ölkədən (Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Belorusiya, Orta Asiya, Baltikyanı dövlətlər, Almaniya, İtaliya,İsveçrə, Hindistan və s.) 60-a yaxın qonaq iştirak etdi.