“Barcamp Caspian 09″ qeyri-konfransı başa çatdı. Barcamp tədbirində elan olunduğu kimi qeyri-konfranslar silsiləsindən növbəti tədbir “KöpüKamp” olacaq.
Barcamp tədbirləri hər dəfə daha geniş auditoriyanı əhatə edir. Bir neçə gün ərzində hər hansı bir sahənin xüsusi diqqət mərkəzində olmağı çətinləşdiyindən ixtisaslaşmış konfransların keçirilmə zəruriliyi yaranır. KöpüKampın əhatə dairəsi isə informasiya texnologiyaları, QHT-lər, media nümayəndələri və bu sahələrə aid şəxslərdir. Məqsəd onlar arasında əlaqələr yaratmaq, mövcud əlaqələri daha da möhkəmləndirməkdir. Konfransın adının KörpüKamp seçilməsi heç də təsadüfi deyil. Adından göründüyü kimi tədbir qeyd olunmuş sahələr arasında əlaqələrin yaranmasında körpü rolunu oynayacaqdır.
KöpüKamp tədbiri may ayının əvvəlində keçiriləcəkdir.