İnternet ilə maraqlanan, İnternetlə əlaqəli layihələr həyata keçirən (və ya keçirmək istəyən), eləcə də İnterneti öz fəaliyyətinə tətbiq edən bütün QHT və MEDİA və İNTERNET nümayəndələrini KöpüKamp layihəsinin təqdimatına dəvət edirik.
Təqdimatda iştirakçılara KörpüKamp qeyri-konfransı haqqında ətraflı məlumat veriləcək. Qeyd edək ki, layihəsinin əsas məqsədi İNTERNET, QHT və MEDİA üzvləri arasında KÖRPÜ qurmaqdır.
Kimlər üçündür?
KörpüKamp İnternet, QHT və Media sahələrinin ən azı birinə aid olan və ya bu sahələrlə yaxından maraqlanan hər kəs üçün açıqdır:
* Blogerlər, vətəndaş jurnalistikası ilə maraqlananlar;
* QHT-lərdə çalışanlar, İctimaiyyətlə Əlaqələr (PR) mütəxəssisləri, İctimai kampaniyalar hazırlayanlar, Layihə kordinatorları,
* Media mənsubları, jurnalistlər
* İnternet layihələri hazırlayan mütəxəssislər, menecerlər, proqramçılar, dizaynerlər və s.
* İnternet resurs sahəsində təcrübələrini bölüşmək istəyənlər;
* İnformasiya mübadiləsi üçün şərait yaradanlar;
* Bu sahələrlə maraqlanan tələbələr və digər şəxslər.
KörpüKamp layihəsi bu sahələrlə yaxından maraqlanan hər kəs üçün açıqdır!
16 Aprel, cümə axşamı, saat 18.30
Müasir İncəsənət Qalereyası (İçəri Şəhər)
Əlaqə üçün:
mobil: (994 50) 3285154
e-mail: info@barcamp.az
KörpüKamp layihəsi BarKamp Azərbaycan təşkilatı tərəfindən Soros fondunun dəstəyi ilə həyata keçirilir.
Tegdimatdab shekiller var? ftobanka qoy ya da mailime gonder pls. lazimdir.jurnal uchun.