Barcamp Azərbaycan 2008 təcrübəsi

April 24th, 2009

Azərbaycan qeyr-konfrans ənənəsinin başlanğıcı Lənkəranda keçirilən “Barcamp Azərbaycan 2008″ ilə başlamışdı. 29- 31 avqust tarixində 150-ə yaxın barkampçı Lənkəran şəhərində təşkil olunmuş və Qala otelində keçirilmiş “Barcamp Azərbaycan 2008” qeyri-Konfransının iştirakçısı oldu. 3 gün ərzində konfrans iştirakçıları İnformasiya Texnologiyaları, İnternet və Müasir Media sahələrinə həsr olunmuş 40-a yaxın sessiyalarda iştirak etdilər, həmçinin bir-birləri ilə əlaqələr qurdularvə Cənub bölgəsi ilə yaxından tanış oldular.

Lənkəranda keçirilən Barcampdan olan görünütülər:

KörpüKamp qeyri-Konfransının təqdimatı

April 15th, 2009

İnternet ilə maraqlanan, İnternetlə əlaqəli layihələr həyata keçirən (və ya keçirmək istəyən), eləcə də İnterneti öz fəaliyyətinə tətbiq edən bütün QHTMEDİAİNTERNET nümayəndələrini KöpüKamp layihəsinin təqdimatına dəvət edirik.

Təqdimatda iştirakçılara KörpüKamp qeyri-konfransı haqqında ətraflı məlumat veriləcək. Qeyd edək ki, layihəsinin əsas məqsədi İNTERNET, QHT və MEDİA üzvləri arasında KÖRPÜ qurmaqdır.

Kimlər üçündür?

KörpüKamp İnternet, QHT və Media sahələrinin ən azı birinə aid olan və ya bu sahələrlə yaxından maraqlanan hər kəs üçün açıqdır:

* Blogerlər, vətəndaş jurnalistikası ilə maraqlananlar;
* QHT-lərdə çalışanlar, İctimaiyyətlə Əlaqələr (PR) mütəxəssisləri, İctimai kampaniyalar hazırlayanlar, Layihə kordinatorları,
* Media mənsubları, jurnalistlər
* İnternet layihələri hazırlayan mütəxəssislər, menecerlər, proqramçılar, dizaynerlər və s.
* İnternet resurs sahəsində təcrübələrini bölüşmək istəyənlər;
* İnformasiya mübadiləsi üçün şərait yaradanlar;
* Bu sahələrlə maraqlanan tələbələr və digər şəxslər.

KörpüKamp layihəsi bu sahələrlə yaxından maraqlanan hər kəs üçün açıqdır!

16 Aprel, cümə axşamı, saat 18.30
Müasir İncəsənət Qalereyası (İçəri Şəhər)

Əlaqə üçün:

mobil: (994 50) 3285154

e-mail: info@barcamp.az

KörpüKamp layihəsi BarKamp Azərbaycan təşkilatı tərəfindən Soros fondunun dəstəyi ilə həyata keçirilir.

Körpükamp - İnternet-QHT-Media

April 10th, 2009

“Barcamp Caspian 09″ qeyri-konfransı başa çatdı. Barcamp tədbirində  elan olunduğu kimi qeyri-konfranslar silsiləsindən növbəti tədbir  “KöpüKamp” olacaq.

Barcamp tədbirləri hər dəfə daha geniş auditoriyanı əhatə edir. Bir neçə gün ərzində hər hansı bir sahənin xüsusi diqqət mərkəzində olmağı çətinləşdiyindən ixtisaslaşmış konfransların keçirilmə zəruriliyi yaranır. KöpüKampın əhatə dairəsi isə informasiya texnologiyaları, QHT-lər, media nümayəndələri və bu sahələrə aid şəxslərdir. Məqsəd onlar arasında əlaqələr yaratmaq, mövcud əlaqələri daha da möhkəmləndirməkdir. Konfransın adının KörpüKamp seçilməsi heç də təsadüfi deyil. Adından göründüyü kimi tədbir qeyd olunmuş sahələr arasında əlaqələrin yaranmasında körpü rolunu oynayacaqdır.

KöpüKamp tədbiri may ayının əvvəlində keçiriləcəkdir.

Azad körpü quraq!

March 1st, 2009

Nəhayət ki, hazırlıq işlərindən sonra, KörpüKamp konfransını açıq elan edirik!  İlk KörpüKamp may ayının ilk həftəsində baş tutacaqdır.  Bununla da Barcamp silsiləsinin ilk ixtisaslaşmış qeyri-konfransı baş tutacaq.